Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"

İdman
  • 26 sentyabr, 2026
  • 16:22
Mahir Emreli: Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik

Mahir Emreli Litvaya yaxşı nəticə qazanmaq üçün gəldiyini deyib.

"Report"un AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bunu mətbuat konfransında deyib.

O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:

"Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram".

Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.

44 - Tezliklə