​Azərbaycan Triatlon Federasiyasının rəhbərinə yeni təyinat veriləcək

Komanda
  • 03 noyabr, 2015
  • 11:36
​Azərbaycan Triatlon Federasiyasının rəhbərinə yeni təyinat veriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmova Avropa Triatlon Şurasında yeni təyinat veriləcək. Bu barədə "Report"a federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin yanvarında Fransanın paytaxtı Parisdə keçiriləcək konqresdə təyinat rəsmiləşəcək. Təyinatla bağlı ətraflı məlumat təsdiqləndikdən sonra ictimaiyyətin diqqətinə çatdırılacaq.

44 - Tezliklə