Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
  • 01 sentyabr, 2022
  • 18:13
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycanın “Beerbaşa” komandası minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, B qrupunda çıxış edən kollektiv II turda Bolqarıstanın "DXC Technology” klubu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən "Beerbaşa" avrokuboklarda qələbə və xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tarixinə yazdırıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Çexiyanın "La Plata De Künde Praqa" komandasına 1:2 hesabı ilə uduzub.