Azərbaycan çempionatında iki turun oyunları keçirilib
Komanda
- 26 dekabr, 2022
- 08:16
Qadın həndbolçular arasında Azərbaycan çempionatında V və VI turun oyunları keçirilib.
“Report” xəbər verir ki, “AHF Arena”da baş tutan V turun matçları favoritlərin qələbəsi ilə nəticələnib.
İlk matçda “Qarabağ” “U-16” komandasını asanlıqla üstələyib - 49:5. “İdman Akademiyası” – “Azərsu” görüşündə nominal ev sahibi 42:12 hesablı qələbəyə sevinib.
VI tur görüşlərində də ssenari dəyişməyib. “U-16” bu qarşılaşmada rəqibə nisbətən müqavimət göstərsə də, “Qarabağ” matçı 55:22 hesablı qələbə ilə başa vurub. “İdman Akademiyası” isə “Azərsu”nu bu tur 47:14 hesabı ilə məğlub edib.
Hərəyə 12 xalı olan “Azəryol” və “İdman Akademiyası” çempionatın şərikli liderləridir. “Qarabağ”la “Azərsu”nun aktivində 6 xalı var. U-16 hələ də xal qazana bilməyib.
Son xəbərlər
00:11
Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Maliyyə00:05
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda məğlub olur - YENİLƏNİR-5
Futbol23:48
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır
Digər ölkələr23:30
Əraqçi səudiyyəli həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Region23:14
Brent neftinin qiyməti 108 dolları ötüb
Energetika23:07
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Digər ölkələr22:56
"İmişli" heyətini Rafael Vieqaş ilə gücləndirib
Futbol22:51
İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər
Region22:42