Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla start verilib

Komanda
  • 20 dekabr, 2024
  • 18:00
Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla start verilib.

“Report”un məlumatına görə, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüş "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.