Azərbaycan Basketbol Liqası: mövsümün açılış oyununun başlama saatı müəyyənləşib

Komanda
  • 14 oktyabr, 2023
  • 11:01
Azərbaycan Basketbol Liqası: mövsümün açılış oyununun başlama saatı müəyyənləşib

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün açılış oyununun başlama saatı müəyyənləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, I turun ilk matçı ötən il olduğu kimi, oktyabrın 22-də "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

"Sərhədçi" - "Cəlilabad" qarşılaşması saat 19:30-da start götürəcək.