Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
Komanda
- 03 iyun, 2024
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq.
"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza jurnalistlərə açıqlamasında bildirib.
O, turnirə iki yeni komandaların qoşulacağını və sayın 12-yə çatdırılacağını vurğulayıb: "Bunların hansı kollektivlər olacağı hələlik bəlli deyil. İyunun 5-də federasiya rəhbərliyi klublarla görüşəcək. Orada bu məsələlər müzakirə ediləcək. Legioner limiti ya "3+2", ya da "4+1" olacaq. Klub sayı artsa, birinci liqa da yaradıla bilər. İyunun 5-dən sonra daha dəqiq nəsə deyə bilərik".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün qalibi "Sabah" olub.
Son xəbərlər
03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36
Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Digər ölkələr02:09
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Futbol01:45
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
Ekologiya01:16
ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
Digər ölkələr00:44
"Euronews": Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
Media00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00