Avropa çempionatı: Belçika millisi Bakıda növbəti qələbəsini qazanıb

Komanda
  • 27 avqust, 2026
  • 18:07
Avropa çempionatı: Belçika millisi Bakıda növbəti qələbəsini qazanıb

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, günün ilk matçında Belçika və Niderland komandaları üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 3:2.

Qrupda lider olan komanda bu qalibiyyət sayəsində xallarının sayını 13-ə çatdırıb. "Narıncılar" 9 xalla ikinci sıradadır.

Günün ikinci görüşündə, saat 18:30-da Portuqaliya millisi Rumıniya ilə qarşılaşacaq.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda təşkil olunacaq.

44 - Tezliklə