AVF rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

Komanda
  • 27 iyun, 2025
  • 10:07
AVF rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

AVF-dən “Report”a verilən məlumata görə, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.

N.İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.

Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.

44 - Tezliklə