"Abşeron" - "Azərreyl" matçının vaxtı açıqlanıb

Komanda
  • 07 fevral, 2022
  • 09:41
Abşeron - Azərreyl matçının vaxtı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

"Report"un məlumatına görə, ölkə çempionatının V tur qarşılaşmaları fevralın 8-də və 11-də təşkil olunacaq.

Fevralın 8-də öncə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq.

Saaat 18:00-da isə “Murov” - UNEC duelinə start veriləcək.

Fevralın 11-də II dövrənin son oyunları keçiriləcək. VI turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” –“Murov” komandaları arasında olacaq.

Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək. Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.