ABŞ basketbolçusu məşq vaxtı dünyasını dəyişib

Komanda
  • 05 oktyabr, 2016
  • 13:53
ABŞ basketbolçusu məşq vaxtı dünyasını dəyişib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Makedoniyanın "Oxrid" klubunda çıxış edən ABŞ basketbolçusu Kemeron Mur elə ilk məşqindəcə dünyasını dəyişib. 

"Report"un sportando.com-a istinadən verdiyi məlumata görə, 25 yaşlı idmançının ölümünə ürəyindəki problemlər səbəb olub. 

Mur peşəkar karyerası ərzində Ukrayna və İtaliyanın müxtəlif klublarında çıxış edib.