İqtisadiyyat üzrə Nobel mükafatçısının adı açıqlanıb
- 12 oktyabr, 2015
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 oktyabr. REPORT.AZ/ İqtisadiyyat üzrə Nobel mükafatı Britaniya-ABŞ alimi Enqusu Diyona verilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, "istehlakda yoxsulluq və rifahın təhlilinə" görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.
Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.
Nobel mükafatına layiq görülənlərin adları oktyabrın 5-dən elan olunmağa başlayıb. Kimya üzrə Nobel mükafatını alan 3 alimdən biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir.