Dankan Norman: Böyük Britaniya Azərbaycanla iqtisadi tərəfdaşlığı gücləndirməyə davam edir

İqtisadiyyat
  • 06 oktyabr, 2026
  • 13:16
Dankan Norman: Böyük Britaniya Azərbaycanla iqtisadi tərəfdaşlığı gücləndirməyə davam edir

Böyük Britaniya Azərbaycanla iqtisadi artıma töhfə verən tərəfdaşlığı gücləndirməyə davam edir.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İqtisadi artıma töhfə verən tərəfdaşlığımızı daha da gücləndiririk! Dövlət naziri Anas Sarvarın Azərbaycana ilk səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdük. Azərbaycanın ən böyük xarici investoru olan Böyük Britaniya hər iki ölkənin biznesləri üçün yeni ticarət və investisiya imkanlarının inkişafına dəstəyini davam etdirir", - D.Norman qeyd edib.