"Azercell" bu gün şəbəkədə yaranan problemlə bağlı məlumat yayıb
- 28 noyabr, 2015
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın mobil operatoru "Azercell Telekom” MMC bu gün şəbəkədə yaranan problemlə bağlı məlumat yayıb.
Şirkətdən "Report"a verilən məlumata görə, bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində müəyyən problemlər yaranıb.
"Buna səbəb “Azercell Telekom” MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub. Texniki nazaslıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb. Hazırda “Azercell Telekom” MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb", - deyə məlumatda bildirilir.