“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib
İnfrastruktur
- 27 aprel, 2024
- 08:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib.
“Report” ASCO-ya istinadən xəbər verir ki, bu səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11 min 780 ədəd yük maşını, 1742 ədəd minik maşını, 11 min 350 nəfər sərnişin daşınıb.
ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 2022-ci il 28 aprel tarixində Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
Layihəsi RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib
Son xəbərlər
08:23
ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib
Digər ölkələr
08:11
Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:02
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
Digər ölkələr
07:48
Britaniya HDQ-nin yeganə buzqıran patrul gəmisi sıradan çıxıb
Digər ölkələr
07:38
Lula da Silva seçkilərdən əvvəl sahibkarların 2,5 mlrd dollar borcunu siləcəyinə söz verib
Digər ölkələr
07:24
Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
Energetika
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr