Yaşayış sahələrinin satmaq öhdəliyilə kirayəyə verilməsi ƏDV-dən azad oluna bilər

İnfrastruktur
  • 03 noyabr, 2022
  • 07:17
Yaşayış sahələrinin satmaq öhdəliyilə kirayəyə verilməsi ƏDV-dən azad oluna bilər

Azərbaycanda gələn ildən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi  əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayəyə verilməsində görə ƏDV ödəməyəcək.