Yaqoda Lazareviç: "Orta Dəhliz Bakı və Belqrad üçün yeni imkanlar açır"

İnfrastruktur
  • 22 sentyabr, 2025
  • 12:11
Yaqoda Lazareviç: Orta Dəhliz Bakı və Belqrad üçün yeni imkanlar açır

Serbiya və Azərbaycan əla siyasi və iqtisadi münasibətlər çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM və ya Orta Dəhliz) istifadə edirlər.

"Report" xəbər verir ki, bunu Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində jurnalistlərə bildirib.

"Azərbaycan və Serbiya arasında tərəfdaşlıq, xüsusilə Orta Dəhliz çərçivəsində göstəricilərin sürətləndirilməsinə görə dünyada ikinci yerdədir. Serbiya uzun müddətdir əla siyasi münasibətlərə malikdir və iqtisadi əməkdaşlığımız bu siyasi əlaqələri izləyir", - o vurğulayıb.

Nazir qeyd edib ki, hər iki ölkə "Bir kəmər - bir yol" təşəbbüsündə fəal iştirak etdiyi zamandan bəri Asiyanı və Uzaq Şərqi Avropa ilə birləşdirən daha yaxşı marşrutlara ehtiyac yaranıb:

"Bu, Serbiyaya Orta Dəhliz üzrə əməkdaşlıq üçün daha bir imkan yaradır. Bu da xüsusilə maraqlıdır, çünki bütün Asiya axını Azərbaycan vasitəsilə Serbiyanın yerləşdiyi Avropaya gedir. Bu, əla siyasi və iqtisadi münasibətlərdən əlavə, ölkələrimizi əlaqələndirmək üçün daha bir yoldur".

Son xəbərlər

Bütün Xəbər Lenti