Xankəndi, Ağdərə və Xocalıdakı 215 daşınmaz əmlakın qiymətləndirilməsi aparılacaq

İnfrastruktur
  • 16 oktyabr, 2024
  • 13:36
Xankəndi, Ağdərə və Xocalıdakı 215 daşınmaz əmlakın qiymətləndirilməsi aparılacaq

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 125 daşınmaz əmlakın qiymətləndirilməsi xidmətlərinə 12 min 400 manat vəsait sərf olunacaq.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Adıçəkilən işləri "Sorğu Ekspert Mərkəzi" MMC aparacaq. O, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi tenderin qalibi olub.

Müqaviləyə əsasən, 70 fərdi yaşayış evinin, 40 qeyri-yaşayış sahəsinin, 10 yaşayış binasının, 5 yarımçıq tikilinin planını (tikinti altı, ümumi, əsas və köməkçi sahələri müəyyən etməklə) tərtib etməklə bazar dəyərinin müəyyən edilməsi işləri həyata keçiriləcək.

Xatırladaq ki, adıçəkilən qurum bundan başqa Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 590 o cümlədən 40 fərdi yaşayış evinin, 20 qeyri-yaşayış sahəsinin, 20 yaşayış binasının, 10 yarımçıq tikilinin və 500 daşınar əmlakın qiymətləndirilməsinə görə "AÇAR Qiymətləndirmə Mərkəzi" MMC-yə 14 min 396 manat ödəyəcək. Beləliklə qeyd edilən ərzilərdə toplam 215 daşınmaz əmlakın qiymətləndirilməsi aparılacaq.

44 - Tezliklə