Uruqvaylı nazir: "Torpaq siyasətimiz kifayət qədər əlçatan deyil"

İnfrastruktur
  • 21 may, 2026
  • 17:17
Uruqvaylı nazir: Torpaq siyasətimiz kifayət qədər əlçatan deyil

Uruqvayda torpaq siyasəti kifayət qədər əlçatan deyil, bu da torpağa çıxışı çox mürəkkəb edir.

"Report" xəbər verir ki, bunu Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Transformasiya Dövründə Lac Regionunda Mənzil Siyasətinin Gücləndirilməsi" adlı tədbirdə bildirib.

O qeyd edib ki, ölkəsində mənzilə çıxışın qarşısını alan problemlər var və onlar digər ölkələrdə də yaşanır: "Problemlərdən biri tikinti xərcləri ilə bağlıdır ki, bu sahədə vəziyyət son illərdə daha da pisləşib. Digər mühüm məqam torpağa çıxışdır. Həmçinin bizdə mənzil həllərinin təqdim edilməsi ilə onların şəhər daxilində inteqrasiya olunması arasında lazımınca qiymətləndirmədiyimiz bir boşluq var. Digər bir məqam isə dəyişən demoqrafik vəziyyətdir. Nəticədə, biz işləri fərqli şəkildə planlaşdırmalıyıq. Dövlət siyasətləri bu yeni həyat dövrləri və trayektoriyalarına uyğunlaşmalıdır. Buna görə də, biz yalnız mənzil baxımından deyil, həm də maliyyələşdirmə baxımından yeni yollarla planlaşdırmağa və düşünməyə başlamalıyıq. İşləri daha da mürəkkəbləşdirən digər amil məlumatların toplanmasıdır. Daha yaxşı qərarlar qəbul etmək üçün məlumatlara çıxışımız olmalıdır və bu qərarları qəbul etmək üçün bizə daha çox məlumat lazımdır".

O, dövlət siyasətlərinin məlumat istehsalı, monitorinqi və qiymətləndirilməsi kimi bir neçə səbəbə görə çox vacib olduğunu deyib: "Biz planlaşdırdığımızın işləyib-işləmədiyini bilməliyik və vəziyyəti qiymətləndirə bilməliyik. Digər məqam şəffaflıqdır. Əhali ilə daha şəffaf olmalıyıq. Onlar dövlət pullarını necə istifadə etdiyimizi bilməlidirlər. Həmçinin akademiya üçün məlumat istehsal etmə üsulları üzərində işləməliyik. Bilirik ki, yeni bilik istehsal etmək və idarə etmək çox çətindir, ona görə də universitetlərlə işləməliyik və bunun üçün onlara məlumat lazımdır. Mən həmçinin institutlararası əməkdaşlığı müzakirə edirdim. Biz inanırıq ki, institutlar arasında dövlət siyasətlərinin planlaşdırılması onların əməkdaşlığı haqqında düşüncəmizin mərkəzində olmalıdır".

44 - Tezliklə