UN-Habitat: Latın Amerikası ölkələrinin 70 %-dən çoxunun milli mənzil siyasəti var

İnfrastruktur
  • 19 may, 2026
  • 13:17
UN-Habitat: Latın Amerikası ölkələrinin 70 %-dən çoxunun milli mənzil siyasəti var

Latın Amerikası ölkələrinin 70 %-dən çoxunun milli mənzil siyasəti var.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Tədqiqat və Analitika Bölməsinin nümayəndəsi Matthijs van Oostrum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, real olaraq milli mənzil siyasətinə malik ölkələrin ən yüksək səviyyəsi Latın Amerikasındadır: "Həmin regiondakı ölkələrin 70 %-dən çoxunun xüsusi milli mənzil siyasəti var. Lakin, məsələn, Afrika kimi yerlərdə bu göstərici xeyli aşağıdır və bu, narahatlıq doğurur. Çünki bilirik ki, Afrika şəhərləşir, onlarda artıq mənzil problemləri var və bu problemlərin daha da kəskinləşəcəyi gözlənilir. Ona görə, bu ölkələrin mənzil problemini inteqrasiya olunmuş şəkildə həll etməyə çalışmaq üçün ən azı milli mənzil siyasətinin hazırlanmasına başlaması çox, amma çox vacibdir".

44 filmi