BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: “2030-cu ilə qədər 3 milyard insan evsiz qala bilər"
- 22 dekabr, 2023
- 12:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük yaşayış məntəqələri və iri şəhərlər ətraf mühitə ciddi ziyan vurur.
“Report” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif ADA Universitetində “Davamlı və həyat qabiliyyətili şəhərlərin yaradılması üçün cari vəzifələr” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada enerji istehlakının 70 faizi şəhərlərin payına düşür: “Bundan başqa, enerji istehlakının 39 faizi tikinti sektoru, 11 faizi tikinti materiallarının istehsalı prosesində baş verir”.
O qeyd edib ki, 2030-cu ilə qədər dünyada təxminən 3 milyard insan evsiz qala bilər.
UN-Habitat icraçı direktoru bildirib ki, onları mənzillə təmin etmək üçün 96 min yeni mənzil tikilməlidir: “Qlobal problemləri həll etmək üçün kompleks yanaşma nümayiş etdirmək lazımdır”.