UN-Habitat Azərbaycan, Keniya, Fransa və Somali ilə birlikdə mənzil böhranının əsas məsələlərini müəyyənləşdirir

İnfrastruktur
  • 19 may, 2026
  • 10:18
UN-Habitat Azərbaycan, Keniya, Fransa və Somali ilə birlikdə mənzil böhranının əsas məsələlərini müəyyənləşdirir

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Keniya, Fransa, Azərbaycan və Somali ilə mənzil böhranı sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olub.

"Report"un məlumatına görə, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: plan nədir?" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ölkələr mənzil maliyyələşdirməsinin yaradıcı və innovativ yollarını işləyib hazırlayır.

"Biz yaradıcı yanaşma nümayiş etdirməliyik və ölkələrin öz mənzil maliyyələşdirmə sistemlərinə əsaslanması, daxili resursların səfərbər edilməsinin mühüm rol oynaması çox vacibdir. Biz həqiqətən yerli səviyyədə potensialı inkişaf etdirməliyik. Hamımız lazımi milli bazanın - şəhərsalma siyasətinin, yerlərdə praktiki fəaliyyətləri istiqamətləndirən mənzil maliyyələşdirmə sisteminin mövcudluğunun vacibliyini dərk etməliyik. Nəticə etibarilə, məhz yerli səviyyədə icmalar bir araya gəlir, şəhərlərin inkişafını və deməli, gələcək mənzil tikintisinin planlaşdırılmasını müəyyən edən sosial məsələləri müzakirə edir", - A.Rossbax qeyd edib.

O vurğulayıb ki, açıq işçi qrupu üzv dövlətlərlə işləmək üçün onların əsas mexanizmidir.

"Birincisi, bu, ölkələrə və şəhərlərə mənzil problemlərinin həllinə dair siyasi tövsiyələrin hazırlanmasına yönəlib. Biz artıq Keniya, Fransa, Azərbaycan və Somali ilə birlikdə əsas məsələlərin - torpaq, maliyyələşdirmə, qeyri-rəsmi yaşayış məntəqələri, sosial mənzil, bu gün burada müzakirə etdiyimiz iqlimə davamlı mənzil kimi məsələlərin müəyyənləşdirilməsində, həmçinin toplanmış təcrübənin ümumiləşdirilməsində əhəmiyyətli irəliləyiş əldə etmişik", - o əlavə edib.

44 filmi