UN-Habitat: Asiya-Sakit Okean regionunda iqlim və sosial risklər artır

İnfrastruktur
  • 20 may, 2026
  • 14:43
UN-Habitat: Asiya-Sakit Okean regionunda iqlim və sosial risklər artır

Asiya-Sakit Okean regionunda sürətli urbanizasiya iqlim və sosial riskləri artırır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean regionu üzrə regional direktoru Kazuko İşiqaki Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İnteqrasiya olunmuş Şəhər Həlləri və Mənzil üçün İnsan Təhlükəsizliyindən İstifadə - BMT-nin Birgə Fəaliyyətindən Dərslər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Asiya-Sakit Okean regionu sürətli urbanizasiya dövrünü yaşayır: "Dünyanın ən böyük 10 meqapolisindən 9-u Asiyada yerləşir. Bura həm də insanların və icmaların müxtəlif risklərə, xüsusən də iqlim dəyişikliyi risklərinə məruz qaldığı bir məkandır. Şəhərlər sürətlə genişlənir, çox vaxt bu proses mövcud sistemlərin uyğunlaşma sürətindən daha sürətli baş verir. Bir çox şəhərlərdə şəhər artımı mənzil və əsas infrastrukturun inkişafını üstələyir. Buna görə də, şəhərlər böyüdükcə iqlim həssaslığı, ətraf mühitin pisləşməsi, miqrasiya və bərabərsizliyin dərinləşməsi kimi təzyiqlər artır. ​Bir çox yerlərdə bu təzyiqlər özünü ən kəskin şəkildə qeyri-rəsmi yaşayış məntəqələrində (gecəqondularda) və xidmətlərdən məhrum məhəllələrdə biruzə verir və bu gün müzakirə etdiyimiz çağırışlar tez-tez məhz burada daha qabarıq görünür".

44 filmi