Ukrayna rəsmisi: “Bakı-Xarkov aviareysinin açılması ölkəmizə inamın göstəricisidir”

İnfrastruktur
  • 03 may, 2019
  • 10:08
Ukrayna rəsmisi: “Bakı-Xarkov aviareysinin açılması ölkəmizə inamın göstəricisidir”

“Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”ın Bakıdan Ukraynanın Xarkov şəhərinə uçuşlara başlaması ölkəmizə, buradakı təhlükəsizliyə olan inamın göstəricisidir”.

“Report” xəbər verir ki, bunu Xarkov Dövlət Administrasiyasının iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə direktoru Andrey Kolos bildirib.

O, bu barədə yeni aviareysin açılması münasibəti ilə Ukraynada keçirilən tədbirdə danışıb.

Mərasimdə həmçinin qeyd edilib ki, Bakı-Xarkov aviareysi Azərbaycanla Ukrayna arasında işgüzar əlaqələrin inkişafına töhfədir. 

44 - Tezliklə