TRACECA dəhlizinin Azərbaycan seqmentində yük daşınması artıb
İnfrastruktur
- 14 avqust, 2017
- 07:05
Bakı. 14 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 650,8 min ton, yük dövriyyəsi isə 5 385,6 mln. ton/km olub. Bu barədə Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilib.
Yüklərin 15 512,7 min tonu və ya 60,5%-i avtomobil nəqliyyatı, 6 614,0 min tonu və ya 25,8%-i dəmir yolu nəqliyyatı, 3 524,1 min tonu və ya 13,7%-i dəniz nəqliyyatı ilə daşınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4% artım müşahidə olunub.
"Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6%-ni və ya 5 037,3 min tonunu tranzit yüklər təşkil edib", - komitənin məlumatında əlavə edilib.
Son xəbərlər
03:52
"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
Region03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57