Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 15:06
Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin Kamışevaxaya (Ukraynanın Zaporojye vilayəti) endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin məlumat verib.

"Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin kinoloqları və xilasediciləri hadisə yerindədir", - o bildirib.

Daha əvvəl 31 nəfərin, o cümlədən iki xilasedici və dörd polisin öldüyü, həmçinin beş nəfərin yaralandığı, 48 nəfərin isə itkin düşdüyü bildirilmişdi.

44 filmi