Tatarıstandan Azərbaycana əlavə aviareyslər olacaq
İnfrastruktur
- 31 yanvar, 2019
- 13:21
Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın Tatarıstan bölgəsinin “Beqişovo” Beynəlxalq Hava Limanından Azərbaycana aviareyslər həyata keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə aeroportun internet səhifəsində bildirilir.
Uçuşların Azərbaycanın konkret olaraq hansı şəhərlərinə yerinə yetiriləcəyi açıqlanmasa da, bu ildən baş tutacağı qeyd olunub. Azərbaycanla yanaşı, Özbəkistana da aviareyslər planlaşdırılır.
Sözügedən hava limanı Tatarıstanın Tukayevski rayonunda, Nijnekamsk şəhərinin mərkəzidən 19 kilometr cənub-şərqdə, Naberejniye Çelnı şəhərinin mərkəzindən isə 27 km cənub-qərbdə yerləşir.
Qeyd edək ki, hazırda Azərbaycanın aşağı büdcəli aviaşirkəti - "Buta Airways" Tatarıstanın paytaxtı Kazana aviareyslər həyata keçirir.
Son xəbərlər
15:36
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Xarici siyasət15:34
"London Fond Birjası" Azərbaycan şirkətlərini beynəlxalq bazarlara çıxarmaq istəyir
Maliyyə15:31
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
Formula 115:29
Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
Daxili siyasət15:29
Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
Xarici siyasət15:29
Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib
Daxili siyasət15:28
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib
Elm və təhsil15:24
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Xarici siyasət15:24