Sin Li: Çin Azərbaycanla urbanistika sahəsində əməkdaşlıq üçün potensial görür
- 18 may, 2026
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin və Azərbaycan təhsil, urbanistika və şəhər dizaynı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensiala malikdir.
Bunu "Report"a açıqlmasında Şanxaydakı Tuntszi Şəhər Planlaşdırması və Dizayn İnstitutunun (TJUPDI) direktoru Sin Li Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
Onun sözlərinə görə, müzakirələri, sərgiləri və ölkələr arasında təcrübə mübadiləsini əhatə edən forum urbanistikanın qlobal inkişafında mühüm rol oynayır.
"WUF13-də dünyanın hər yerində şəhərsalma ilə bağlı vəziyyəti görə bilərik. Burada müzakirələri, sərgiləri və şəhərlərin gələcəyi haqqında ideyaları birləşdirmək imkanı əldə edirik", - o qeyd edib.
Sin Li Çin nümayəndə heyətinin iştirakının əsas məqsədlərindən birinin Çinin şəhər inkişafı sahəsindəki təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etmək olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Çin tərəfi təhsil əməkdaşlığı və şəhər dizaynı sahəsində təcrübə mübadiləsi üçün beynəlxalq şəhər şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir.
"Şəxsi ünsiyyət də çox vacibdir, çünki üzbəüz görüşlər təhsildə böyük rol oynayır", - Sin Li əlavə edib.