Şəmkir, Tovuz və Tatlı dəmir yolu stansıyalarının baş yolları əsaslı təmir olunur

İnfrastruktur
  • 17 aprel, 2018
  • 07:30
Şəmkir, Tovuz və Tatlı dəmir yolu stansıyalarının baş yolları əsaslı təmir olunur

Bakı. 17 aprel. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının təmirinə başlanılıb.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, ümumilikdə 3,3 dəmir yolu təmir olunacaq.

Dörd gün davam edəcək təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 519 km dəmir yolu əsaslı təmir olunub.