Səfir: "Azad edilmiş ərazilərin bərpası WUF13-də dünyaya örnək olacaq"

İnfrastruktur
  • 15 oktyabr, 2025
  • 15:07
Səfir: Azad edilmiş ərazilərin bərpası WUF13-də dünyaya örnək olacaq

Azərbaycan, həmişə olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunu (WUF13) ən yüksək səviyyədə keçirəcək.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri Soltan Hacıyev III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) kuluarlarında bildirib.

"Hazırkı tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə uğurla inkişaf edən əməkdaşlığının parlaq nümunəsidir.

Bu əməkdaşlıq Azərbaycanın şəhərsalma, xüsusilə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsindəki qabaqcıl təcrübəsinin təşviqi üçün böyük fürsət və mühüm platformadır. Forum həmçinin bu nailiyyətləri beynəlxalq qonaqlara və ekspertlərə təqdim etməyə imkan verir", - səfir qeyd edib.

Onun sözlərinə görə, NUFA3 həm də 2026-cı ilin mayında Bakıda keçiriləcək WUF13-ə hazırlıq mərhələsidir.

"Ümumdünya Şəhərsalma Forumu şəhərsalma, memarlıq və planlaşdırma sahəsində ən böyük və nüfuzlu tədbirdir. Bu forumda yüzdən çox ölkənin nümayəndələri iştirak edir. Azərbaycan, həmişə olduğu kimi, bu tədbiri ən yüksək səviyyədə keçirəcək və beynəlxalq nüfuzunu bir daha təsdiqləyəcək.

COP29-dan sonra bu forum şəhərlərin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu müzakirə etməyə və Braziliyada keçiriləcək COP30 ərəfəsində dayanıqlı şəhərsalmanın əhəmiyyətini vurğulamağa imkan verəcək növbəti irimiqyaslı hadisə olacaq", - S.Hacıyev əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti