Salyanda 1200 şagird yerlik yeni məktəb binası inşa edilir
İnfrastruktur
- 02 yanvar, 2017
- 14:04
Salyan. 2 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin sərəncamı ilə Salyan şəhərində ilk dəfə olaraq 1200 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, tikinti işləri ümumi sahəsi 10 min 531 kv.m sahənin 3 min 54 kv.m-də aparılır.
Avropa standartlarına cavab verəcək yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman, akt zalları, kitabxana, yeməkxan, tibb məntəqəsi olacaq. Bundan əlavə, məktəb binasının fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə təmin edilməsi üçün transformator quraşdırılacaq, qazanxana tikiləcək və hər biri 150 ton olan 3 su anbarı inşa ediləcək. Tikinti işləri növbəti tədris ilində başa çatdırılacaq.
Son xəbərlər
09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Sosial müdafiə09:28
ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
Komanda09:22
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42