Sabaha nəzərdə tutulan avtobus marşrutlarının dəyişdirilməsi təxirə salınır

İnfrastruktur
  • 31 avqust, 2015
  • 16:13
Sabaha nəzərdə tutulan avtobus marşrutlarının dəyişdirilməsi təxirə salınır

Bakı. 31 avqust. REPORT.AZ/ 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır. “Report”a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) daxil olan xəbərə görə, bu haqda “Baku Bus” MMC-dən bildirilib.

Belə ki, 1 saylı marşrut avtobusu sabahkı tarixdən deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.