"Rusiya Dəmir Yolları": Şimal-Cənub marşrutu üzrə vahid logistika operatoru bu ilin sonuna qədər yaradıla bilər
- 25 may, 2018
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 may. REPORT.AZ/ "Rusiya Azərbaycan və İranla Rəşt-Astara dəmir yolu layihəsində iştirakını müzakirə edir".
"Report" rus mətbuatına istinadən xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun I müavini Aleksandr Mişarin deyib.
Onun sözlərinə görə, bu dəmir yolu xətti "Şimal-Cənub" kimi böyük nəqliyyat dəhlizinin bir parçası olaraq Sibir, Orta Asiya və Çindən malların daşınmasının şaxələndirilməsi nöqteyi - nəzərdən müsbət nəticə verəcək: "Bu dəmir yoluna tələbat olacaq".
Rusiya rəsmisi onu da bildirib ki, maraqlı tərəflər hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə vahid logistika operatorunun yaradılması məsələsini müzakirə edirlər: "Ümid edirəm, bu məsələni bu ilin sonuna qədər həll edəcəyik. Bunun üçün tərəfdaşlarımızın, ilk növbədə Azərbaycan, İran, Hindistan və Qazaxıstanın razılığını almalı və şirkəti qurmalıyıq".