Rüfət Mahmud: "İçərişəhərdə kommersiyalaşma və tarixi irsin qorunması arasında tarazlığın saxlanması hədəflənir"

İnfrastruktur
  • 21 may, 2026
  • 16:03
Rüfət Mahmud: İçərişəhərdə kommersiyalaşma və tarixi irsin qorunması arasında tarazlığın saxlanması hədəflənir

Kommersiyalaşma ilə İçərişəhəri canlı saxlamaq arasında tarazlığı qorumaq Azərbaycanın əsas hədəfidir.

"Report" xəbər verir ki, barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, məsələyə daha geniş prizmadan baxanda, bu istənilən tarixi şəhərin hədəfidir: "Eyni zamanda dərk edirik ki, tarixi şəhər yaşamalı və ayaqda qalmalıdır və orada iqtisadi fəaliyyət zəruridir. Buna görə də biz eyni vaxtda turizmin və sahib olduğumuz muzeylərin inkişafı üzərində işləyirik ki, turistlərin Köhnə Şəhərdə qalması maraqlı və unudulmaz olsun".

O bildirib ki, orada yaşayan insanları şəhərin iqtisadi fəaliyyətinə cəlb etmək və ərazinin həddən artıq kommersiyalaşmasının qarşısını almaq mühüm əhəmiyyət kəsbr edir:"Turizm və sakinlərə xidmətlər sahəsində böyük təcrübə əldə etmişik. Bizim xidmət mərkəzimiz, orada yaşayan sakinlər üçün informasiya mərkəzidir. Bu, yaxınlarda daha yaxşı xidmətlər təqdim etmək üçün başladığımız bir fəaliyyətdir. Biz vətəndaşların bütün məsələlərini çox aydın və tez həll edə biləcəyi bir pəncərə mərkəzi yaratdıq. Eyni zamanda, insanların toplaşa biləcəyi, vaxt keçirə biləcəyi və yaşlı insanlar, könüllülər və sair üçün xüsusi otaqları olan icma mərkəzi açdıq".

44 filmi