"RETA Proje": Ağalı kəndi türk dünyasına nümunə olacaq "Ağıllı kənd"ə çevriləcək
- 14 oktyabr, 2025
- 16:29
Ağalı kəndi Türk dünyasına nümunə olacaq "Ağıllı kənd"ə çevriləcək.
"Report" xəbər verir ki, bunu layihəni icra etmiş Türkiyənin "RETA Proje" şirkətinin rəhbəri Hayri Baysak paytaxtda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisində ("Baku Build-2025") və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.
Onun sözlərinə görə, kənddə həyata keçirilən layihələr mühəndislik və dizaynın vəhdəti ilə rekord müddətdə başa çatdırılıb: "Burada təkcə dizayn deyil, ciddi mühəndislik də var. Biz ətraf mühitə, bütün bitkilərə və relyefə diqqət etdik. Daha sonra bu topoqrafiyanı mühəndisliklə birləşdirərək layihəni qısa müddətdə tamamladıq".
H. Baysak əlavə edib ki, kənddə çoxsaylı yeni tikililər istifadəyə verilib və bölgədə turizm canlanmağa başlayıb: "Artıq Ağalıya gedib oradakı hotellərdə qala bilərsiniz. Gələcəkdə isə kənd daha möhtəşəm olacaq. Təbiəti inkişaf edəcək və dünyaya, o cümlədən Türk dünyasına nümunə ola biləcək "ağıllı kənd"ə çevriləcək. Bu, bizim üçün böyük qürur mənbəyidir".