Rafael Tuts: "Mənzil sistemləri düzgün işlədikdə bərabərsizliyi azaldır və böyüməyə təkan verir"
- 19 may, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil sistemləri yaxşı işlədikdə, bərabərsizliyi azaldaraq böyüməyə təkan verə bilər.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, lakin düzgün işləmədikdə, şəhərlərimizdəki qeyri-bərabərliyi daha da gücləndirərək bir təcrid mənbəyinə çevrilirlər: "Biz bilirik ki, mənzil sektoru qlobal ÜDM-in 15 %-dən 18 %-ə qədərini təşkil edir. Tikinti, daşınmaz əmlak xidmətləri və maliyyə sahələrində çoxlu sayda iş yeri və iqtisadi fəaliyyəti dəstəkləyir. Lakin bu sektor həm də həyatın nəticələrini formalaşdırır: sağlamlıq, rifah, təhsilə əlçatanlıq və sair".
O əlavə edib ki, buna baxmayaraq, bu iqtisadi faydalarla mənzil təminatının sosial nəticələri arasında getdikcə böyüyən uçurum var: "Bu, hamımıza çox yaxşı tanış olan bir mənzərə - bərabərlik və ədalət olmadan böyümə ilə nəticələnir".