Qriqoryan: Avropa İttifaqı Ermənistanın TBNM-ə qoşulmasına kömək edəcək

İnfrastruktur
  • 19 mart, 2026
  • 16:53
Qriqoryan: Avropa İttifaqı Ermənistanın TBNM-ə qoşulmasına kömək edəcək

Avropa İttifaqı (Aİ) Ermənistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) inteqrasiya olunmasında dəstək göstərəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bu gün İrəvanda Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla birgə mətbuat konfransında bildirib.

Qriqoryan qeyd edib ki, Kosla bugünkü danışıqlar regional əlaqə məsələlərini əhatə edib.

Xüsusilə tərəflər "Tramp Marşrutu" (TRIPP) layihəsinin və Aİ-nin regionlararası qarşılıqlı əlaqəsinin, o cümlədən "Global Gateway" strategiyasının həyata keçirilməsi üzrə işləri davam etdirmək barədə razılığa gəliblər.

"Məmnuniyyətlə qeyd edirəm ki, komissar Ermənistanın Transxəzər nəqliyyat dəhlizinə inteqrasiyasına Aİ-nin dəstəyini təsdiqlədi. Biz həmçinin qarşıdan gələn parlament seçkiləri (7 iyun - red.) ərəfəsində Ermənistanda demokratik dayanıqlığın artırılması üçün göstərdiyi səy və diqqətə görə Avropa İttifaqının rəhbərliyinə təşəkkürümüzü bildirdik", - Baş nazirin müavini qeyd edib.