Qazaxıstan ümumtürk vahid brendini hazırlamağı təklif edib

İnfrastruktur
  • 30 oktyabr, 2025
  • 10:49
Qazaxıstan ümumtürk vahid brendini hazırlamağı təklif edib

Qazaxıstan ümumtürk vahid brendini hazırlamağı təklif edir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin vahid brendi altında françayzinq tərəfdaşlıqlarının inkişafında böyük potensial var: "Bildiyiniz kimi, ötən ilin iyununda Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev ümumtürk patent təşkilatının yaradılması təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qardaş dövlətlər tərəfindən dəstəklənib. Hazırda müvafiq sənədlərin konsepsiyasının razılaşdırılması üzrə təşkilati məsələlər aparılır".

A.Bijanova qeyd edib ki, onun yaradılmasından sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatını hazırlamaq rəmzi olardı: "Bu, türk ölkələrinin iqtisadi və mədəni potensialının beynəlxalq arenada irəliləyişinin güclü hərəkətverici qüvvəsi olardı və bizə Çin, Avropa, Hindistan, Afrika bazarlarını açardı".

O bildirib ki, sabit ticarət-logistika əlaqəsini təmin etmək çox vacibdir: "Bu kontekstdə, əlbəttə ki, bu gün Avrasiya ticarətinin əsas arteriyası olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda böyük potensial var. 5 il ərzində bu marşrut üzrə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə, yəni 6 dəfə artıra bildik. Keçən ilin nəticələrinə görə, bu marşrut üzrə əmtəə dövriyyəsinin həcmi 4,5 milyon ton təşkil edib. Bu il həcm artmağa davam edir. İlin sonuna qədər onu 5 milyona tona çatdırmağı planlaşdırırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti