Qarabağdakı şəhərlərin baş planlarının hazırlanmasına xarici şirkətlər də cəlb edilib

İnfrastruktur
  • 24 dekabr, 2022
  • 08:28
Qarabağdakı şəhərlərin baş planlarının hazırlanmasına xarici şirkətlər də cəlb edilib
Anar Quliyev

Qarabağda olan şəhərlərin baş planlarının hazırlanmasına yerli şirkətlərlə yanaşı xarici şirkətlər də cəlb edilib.

“Report”un xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

A.Quliyevin sözlərinə görə, artıq Ağdamın baş planı bitib: "Cari ildə regionun mərkəzi və ən iri şəhəri olan Ağdam şəhərinin Baş planının hazırlanması tam başa çatdırılmış, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib.

Artıq Füzuli şəhərinin Baş planı üzrə də layihə işləri tam başa çatmışdır və hazırda sənədin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması prosesi bitmək üzrədir.

Digər şəhərlərin Baş planlarının konsepsiyalarının və əsas cizgilərinin hazırlanması başa çatdırılıb, müfəssəl planlaşdırma işləri davam etdirilir və növbəti ilin 1-ci yarısında başa çatması nəzərdə tutulur".

44 - Tezliklə