Prezident İlham Əliyev Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayırıb
İnfrastruktur
- 17 avqust, 2016
- 14:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 17-də “Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında” sərəncam imzalayıb.
"Report"un məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.
Qeyd edək ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.
Son xəbərlər
09:37
Kamal Umudlu "Roma" – "Real" oyununu idarə edəcək
Futbol
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə
09:33
Azərbaycan neftinin qiyməti 131 dolları keçib
Energetika
09:20
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
Komanda
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol
09:00
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Futbol
08:58
Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
Digər ölkələr
08:50
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.10.2026)
Maliyyə