Prezident İlham Əliyev Cəlilabadda yol tikintisinə vəsait ayırıb
İnfrastruktur
- 22 iyul, 2016
- 14:15
Bakı. 22 iyul. REPORT.AZ/ Prezident İlham ƏIiyev iyulun 22-də “Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunan qaydada təmin etmək tapşırılıb.
Son xəbərlər
22:11
CENTCOM İranın blokadası çərçivəsində 96 gəmini başqa istiqamətə yönləndirib
Digər ölkələr21:55
Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanılıb
Region21:46
UEFA Çempionlar Liqası: "Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Futbol21:23
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub
Region21:17
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib
Digər ölkələr21:04
Foto
Beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib
Komanda20:52
Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb
Futbol20:43
Ömər Çelik: Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır
Region20:37