Orta Dəhliz ölkələrinə terminalların tikintisinə və idarə olunmasına birgə sərmayə qoymaq təklif edilir
- 18 sentyabr, 2025
- 20:38

Belqorod-Dnistrovski Dəniz Limanı Orta Dəhliz ölkələri ilə liman terminallarının tikintisi və idarə olunması sahəsində birgə sərmayələri nəzərdən keçirir.
Bu barədə "Report"a müsahibəsində limanın baş direktoru Oksana Kiktenko bildirib.
"Biz Azərbaycana Orta Dəhlizdə mühüm, əsas halqa kimi baxırıq. Orta Dəhliz Azərbaycan, Gürcüstan və Qazaxıstansız mümkün deyil - onlar vahid zəncirdə halqalardır. Biz Azərbaycanın bu sahədə inkişafında böyük potensial və strateji rol görürük.
Xəzər dənizində mövcud problemləri nəzərə alaraq, Azərbaycanın logistik platforma kimi rolu daha da mühüm xarakter alır. Azərbaycandan Gürcüstana gedən yüklərin qəbul edilməsini planlaşdırırıq və fəal əməkdaşlıq üçün imkanları nəzərdən keçiririk", - limanın baş direktoru vurğulayıb.
O.Kiktenko bildirib ki, onların məqsədi limanda Avropaya Orta Dəhliz üzrə yüklərin daşınması ilə bağlı bütün problemləri həll edəcək müasir bərə kompleksi yaratmaqdır.
"Biz prosesin bütün iştirakçılarının ehtiyaclarını nəzərə almaq və yüklərin sürətli emalını və son təyinat məntəqələrinə göndərilməsini təmin edəcək kompleks qurmaq istəyirik", - o əlavə edib.
Müsahibənin tam versiyasına buradan baxa bilərsiniz.