Ömər Bulut: "Azərbaycanlı qardaşlarımıza zəlzələ zamanı etdiklərinə görə həmişə minnətdarıq"

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 13:10
Ömər Bulut: Azərbaycanlı qardaşlarımıza zəlzələ zamanı etdiklərinə görə həmişə minnətdarıq
Ömər Bulut

Azərbaycanlı qardaşlarımızın Türkiyədə zəlzələ dövründə göstərdikləri həssaslığı heç vaxt unutmayacaq və bu mövzuda onlara həmişə minnətdar olacağıq.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi üzrə nazir müavini Ömər Bulut Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə bir-birinə çox yaxındır: "Həmin dövrdə bizim ehtiyacımız vardı, siz bizə köməyə gəldiniz. Sizə də ehtiyac olduğu zaman bizim də sizə köməyə gələcəyimizi bilirsiniz".

Nazir müavini əlavə edib ki, Azərbaycanın sosial mənzil məsələsində vətəndaşının yanında olması və Türkiyə ilə eyni istiqamətdə hərəkət etməsi, hisslərin nə qədər yaxın olduğunu göstərir: "Azərbaycanda da güclü dövlət qurumu – Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) fəaliyyət göstərir. Zəlzələ dövründə və sonra MİDA ilə bir çox əməkdaşlıqlar həyata keçirilib".

Son xəbərlər

Bütün Xəbər Lenti