Oktyabrda İstisuda magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq

İnfrastruktur
  • 16 oktyabr, 2024
  • 09:06
Oktyabrda İstisuda magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq

Bu ay Kəlbəcərdə yerləşən İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq.

Bunu “Report”a açıqlamasında "ND COMPANY" QSC-nin direktoru Elvin Mahmudov bildirib.

Onun sözlərinə görə, hazırda şirkət işğaldan azad olunmuş ərazilərdə bir sıra tikinti-quraşdırma işləri həyata keçirir: “Görülən işlərə Ağdamın mərkəzində, 11-ci məhəllə adlanan yerdə çox funksiyalı yaşayış kompleksinin, Xıdırlı kəndində yaşayış evlərinin tikintisi, Kəngərli kəndində kommunikasiya xətlərinin, Kəlbəcərdə İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi daxildir. Qarabağda Ağdam-Kəlbəcər magistral qaz kəmər çəkilməsi işləri yekunlaşıb".

E. Mahmudov bildirib ki, 11-ci məhəllə, Xıdırlı və Kəngərli layihələrin icrası hələ davam edir: "Hər biri qrafikə uyğun olaraq müvafiq vaxtda təhvil veriləcək”.

44 filmi