Natiq Cəfərov: “Azərbaycan-Gürcüstan keçidində vaqon platformalarının sayı artırılacaq”

İnfrastruktur
  • 30 may, 2022
  • 12:33
Natiq Cəfərov: “Azərbaycan-Gürcüstan keçidində vaqon platformalarının sayı artırılacaq”

Orta Dəhlizin Azərbaycan-Gürcüstan keçidində vaqon platformalarının sayını artırmaqla bağlı tərəfdaşlarla danışıqlar aparılır.

“Report” xəbər verir ki, bunu “Railfreight” media portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib.

"Hazırda Orta Dəhlizlə daşınan yüklərin həcminin kəskin artması ilə bağlı limanlarda konteynerlərin vaxtında daşınmasında problemlər yaranıb. Bundan başqa, vaqon platformalarının çatışmazlığı da var“, - N. Cəfərov bildirib.

Onun sözlərinə görə, artıq 108 vaqon platformasını icarəyə götürmüşük və 2022-ci ildə daha 300 vaqon almağı planlaşdırırıq.

Bu ilin ilk 4 ayında Orta Dəhliz vasitəsi ilə 8 696 TEU konteyneri daşınıb. bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.

N. Cəfərov bildirib ki, Orta dəhlizdən başqa, Azərbaycan ərazisindən tranzit keçən konteyner daşımaları 130 % artıb.

44 - Tezliklə