"Belavia" aviaşirkəti Azərbaycana tranzit uçuşlar təklif edir

İnfrastruktur
  • 27 oktyabr, 2015
  • 00:47
Belavia aviaşirkəti Azərbaycana tranzit uçuşlar təklif edir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Belarusun "Belavia" aviaşirkəti oktyabrın 25-dən etibarən Ukraynaya Minsk-Odessa-Minsk marşrutu üzrə müntəzəm reyslərə başlayıb.

"Report" xəbər verir ki, reyslər hər gün həyata keçirilir. Uçuş müddəti 1 saat 30 dəqiqədir.

Uçuşlar 142 nəfərlik sərnişin tutumu olan "Boeing 737-500" təyyarələri ilə həyata keçirilir. Minsk-Odessa aviareysinin sərnişinlərinə Azərbaycan, Gürcüstan, Rusiya, həmçinin Mərkəzi Asiya ölkələrinə müxtəlif istiqamətlərdən beynəlxalq reyslərlə rahat tranzit uçuşlar təklif olunur.

44 filmi