MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 12:28
MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Böyük Qayıdış" proqramı çərçivəsində Füzuli və Cəbrayıl rayonlarında, həmçinin Xocalı şəhərində 3 layihəni uğurla başa çatdırıb.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci iş günündə bildirib.

"Ümumilikdə 1 700-dən çox ailə azad edilmiş ərazilərdə Agentlik tərəfindən inşa edilən mənzillərə köçürülüb", - F.Qurbanlı qeyd edib.

O vurğulayıb ki, MİDA əlçatan mənzil layihələri çərçivəsində sosial infrastrukturun inkişafına xüsusi diqqət yetirir:

"İndiyə qədər 22 sosial infrastruktur obyektinin tikintisinə başlanılıb, onlardan 16-sı artıq başa çatıb. Bunların arasında 5 məktəb, 9 uşaq bağçası, tibb mərkəzi və bələdiyyə xəstəxanası var. Tikinti başa çatdıqdan və təhlükəsiz şərait təmin edildikdən sonra obyektlər müvafiq mütəxəssislərin cəlb edilməsi ilə fəaliyyətə başlayır".

Son xəbərlər

Bütün Xəbər Lenti