MİDA-nın Yasamal Yaşayış Kompleksini sayğacla təchiz edəcək şirkətlər məlum olub

İnfrastruktur
  • 09 noyabr, 2018
  • 12:17
MİDA-nın Yasamal Yaşayış Kompleksini sayğacla təchiz edəcək şirkətlər məlum olub

Bakı. 9 noyabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin sayğaclaşdırılması ilə bağlı elan etdiyi açıq tenderin nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki. tenderin qalibləri “Bakelektro” ASC, “Rəvan-2011” və “BakQaz” MMC-lər olub.

Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri imzalanıb. 

44 - Tezliklə