Maymuna Şərif: Yeni nəslin ehtiyacları mənzil sektoruna yanaşmaların yenidən qiymətləndirilməsini tələb edir
- 22 may, 2026
- 13:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni nəslin ehtiyacları və dəqiq məlumatların vacibliyi mənzil sektoruna yanaşmaların yenidən qiymətləndirilməsini tələb edir.
"Report" xəbər verir ki, bu barədə Kuala-Lumpurun sabiq meri, "UN-Habitat"ın sabiq icraçı direktoru Maymuna Mohd Şərif Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, qlobal böhranlar şəraitində bəşəriyyət daşınmaz əmlak bazarında tələb və təklif balansını yenidən nəzərdən keçirməlidir.
Natiq qeyd edib ki, bunun üçün dəqiq məlumat bazası formalaşdırmaq tələb olunur. "Biz ümumiyyətlə heç bir çərçivə olmadan düşünməyi öyrənməliyik", - o vurğulayıb.
Şərifin fikrincə, çox vaxt mənzil almaq əvəzinə kirayəyə üstünlük verən gənclərin tələblərini anlamaq üçün aktual məlumatlar vacibdir.
Ekspert əlavə edib ki, mənzil investisiyaları qiymət əlçatanlığına, iş yerinə yaxınlığa və yaşayış sahələrinin adekvatlığına əsaslanmalıdır.
"Mənzil sadəcə tikinti sektoru deyil, həm də insan ləyaqəti məsələsidir", - o bildirib.