Mara Cossu: "DİM-lərin lokallaşdırılması sadəcə konsepsiya olaraq qalmamalıdır"

İnfrastruktur
  • 19 may, 2026
  • 13:13
Mara Cossu: DİM-lərin lokallaşdırılması sadəcə konsepsiya olaraq qalmamalıdır

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılmasını sadəcə ümumi bir konsepsiya hesab etmək çərçivəsindən kənara çıxmaq lazımdır.

"Report" xəbər verir ki, bunu İtaliya Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin Avropa və Beynəlxalq İşlər və Dayanıqlı Maliyyə Müdirliyinin Dayanıqlı İnkişaf Bölməsinin rəhbəri Mara Cossu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli DİM-lərin (Dayanıqlı İnkişaf Məqsədlərinin) Lokallaşdırılması Çərçivələri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, burada söhbət növbəti bir sənədin hazırlanmasından getmir: "Əsas məqsəd DİM-lərin lokallaşdırılmasını bu il və gələcək illərdə 2030-cu ildən sonrakı dövr üçün danışıqlarda prioritet kimi çatdırmaq, ortaq alətlərə, yanaşmalara və birgə mesajlara malik olmaq üçün necə yaxınlaşmaqdır. Biz İtaliya olaraq bu il Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) iştirak edəcəyik. Könüllü milli icmalımızı və könüllü yerli icmalımızı təqdim edəcəyik. Milli və yerli icmallar arasındakı əlaqə və qarşılıqlı asılılıq çox vacibdir. Bu, DİM-lərin tətbiqini yerlərdə, ərazilərdə dəyişiklik üçün hərəkətverici qüvvəyə çevirmək üçün əsasdır".

O, müxtəlif kontekstlərin xüsusiyyətlərini nəzərə alaraq birgə alətlərin hazırlanmasının əhəmiyyətini vurğulayıb: "Fərqli kontekstlərdə qarşılaşdığımız kritik çətinlikləri həll etmək üçün sizinlə birlikdə ortaq alətlər hazırlamağa çalışırıq. Hər bir kontekstin xüsusiyyətlərini və prioritetlərini nəzərə almaq bu növ paylaşılan alətlərin yaradılmasında böyük əhəmiyyət kəsb edir. Buna görə də, milli DİM lokallaşdırma çərçivəsi müxtəlif rejimlərdə dizayn edilir. Biz siyasi dövrlərdən kənar əməkdaşlığa çox böyük investisiya yatırırıq. Hesab edirik ki, bu növ institusional əməkdaşlıq yerlərdə institusional etimadı da artıra bilər. Müxtəlif qurumların dəyişiklik üçün birlikdə çalışması yerli icmaları da bu çətinliyə cəlb etməyə kömək edir".